Fizika fakültəsində vebinar

08/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Emosiyalarımızı necə idarə edək?" adlı vebinar keçirilib. Vebinarın moderatoru, fakültə üzrə TGT sədrinin müavini Ləman Pənahova emosiyaların idarə edilməsinin əhəmiyyətindən danışıb, tədbir haqqında qısa məlumat verib.

Vebinarın təlimçisi, gənc sahibkar, karyera psixoloqu Orxan Mahmudov iştirakçılara emosiyaların necə idarə edilməsi haqqında geniş məlumat verib, depressiya, narahatlıq və stresin davranış, başqa insanlarla münasibətlərə təsir göstərən amillər olduğundan bəhs edib. Bildirib ki, emosional zəkadan istifadə etməyin vacibliyini anlamaq, cəmiyyətdə qarşılıqlı münasibətlərin idarə edilməsi üçün uyğun mühit yaratmaq və vacib məsələlərin həllində uyğun yanaşma tərzi tətbiq etməklə emosiyaların idarə edilməsi mümkündür.

Tələbələrin mövzu ətrafında müzakirəsi ilə davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026