Fizika fakültәsinin 1-ci kurs tәlәbәlәrinin fakültәnin dekanı, kafedra müdirlәri və müәllimlәri ilə görüşü keçirilib

29/10/2014

BDU-nun akt zalında fizika fakültәsinin 1-ci kurs tәlәbәlәrinin fakültәnin dekani, professor  Məhəmmədəli Ramazanov, kafedra müdirlәri və kafedraların aparıcı müәllimlәri ilə görüşü keçirilib. Görüşdә fizika fakültәsinin dekanı prof. M.Ramazanov, kafedra müdirlәri prof. E.Mәsimov, prof. Ə.Abdinov, prof. C.Quluzadә, professor R.Qasımova, professor I.Әliyev, dosent M.Rәcәbov, dosent M.Mahmudov ve b. iştirak ediblәr. Bakı Dövlәt Universiteti Fizika fakültәsi Tәlәbә Elmi Cәmiyyәtinin tәşkil etdiyi bu görüşdә dekan vә kafedra müdirlәri rәhbәrlik etdiklәri kafedralar haqqında danışıb, kafedralarının elmi istiqamәtlәri ilә tәlәbәlәri tanış edib. Görüşdә fakültә dekanı professor Mәhәmmәdәli Ramazanov çıxış edib, Fizika fakultəsində son zamanlarda aparılan islahatlardan, fakültənin maddi texniki imkanlarının yaxşılaşmasından, fakultənin tarixindən, onun görkəmli məzunlarından və Tәlәbә Elmi Cәmiyyәtinin fәaliyyәtini yüksәk qiymәtlәn danışıb. Çıxış zamanı o bildirib ki, Azərbaycan fizika məktəbinə görkəmli şəxsiyyətlər vermiş bu fakultənin gələcəyi Siz tələbələrdən asılıdır və müstəqil Azərbaycanın inkişafı naminə daha da yaxşı oxumaq, ölkəmizi dünya elm müstəvisində layiqincə təmsil etmək lazımdır. O, fakültədə Tələbə Elm Cəmiyyətinin fəaliyyətinə yüksək qiymət verərək bildirdi ki, istedadlı tələbələri aşkar edib tapmaq, onları elmə cəlb etməyin təşkili məsuliyyəti onların üzərinə düşür və cəmiyyətin işini daha da yaxşı təşkil etməsi üçün öz tövsiyyәlәrini verib. Hәmçinin görüşdə "Fizika tarixi" mövzusunda maraqlı prezentasiya tәqdim olunub.

Mətbuat və İnformasiya şöbəsi, 29 oktyabr 2014-cü il.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024