Fizika fakültəsinin dekanı Minskdə olub

27/04/2015

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov Minsk şəhərində Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi məqsədi ilə Şərqi Avropa və Orta Asiya ölkələrinin vahid təhsil şəbəkəsinin STAR-NET(Regional Network for Nuclear Education and Training in Nuclear Technology)  yaradılması ilə bağlı keçirilmiş məsləhət seminarının iclasında iştirak edib. İclasa MDB məkanından 6 ölkənin 18 universitetinin nümayəndəsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri iştirak edib. STAR-NET şəbəkəsinin yaradılmasının əhəmiyyətindən danışan ekspert V.Kolomiets belə bir şəbəkənin yaradılmasının əhəmiyyətini xüsusi vurğulayıb və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) bu layihəni dəstəklədiyini qeyd edib. Bildirib ki, bu ölkələrdə nüvə enerjisinin dinc məqsədlər naminə istifadəsi üçün vahid təhsil məkanın yaradılmasının xüsusi əhəmiyyəti var və bu şəbəkəyə qoşulan ölkələr onun bütün resurslarından istifadə edəcəklər. Beynəlxalq Atom Enerjisi Agentliyinin eksperti, professor Andrey Kosilov bildirib ki, hazırda İAEA-nın nəzarəti ilə fəaliyyət göstərən bu cür 3 şəbəkə mövcuddur və bu şəbəkənin üzvü olan ölkələr onun imkanlarından istifadə edirlər. Görüşdə Regional Şəbəkənin əsasnaməsinin layihəsi, strukturu və fəaliyyət mexanizmi müzakirə edilib. Qərara alınıb ki, STAR NET-in Koordinasiya komitəsinin strukturunda hər ölkədən bir nümayəndə təmsil olunsun. Şəbəkənin prezidentinin, vitse-prezidentinin və katibliyinin səlahiyyətləri müzakirə olunub. STAR-NET şəbəkəsinin rəsmiləşməsi 2015-ci ilin sentyabrında Vyanada İAEA-nın toplantısında nəzərdə tutulub.

Görüşdə professor Məhəmmədəli Ramazanov Azərbaycanda nüvə sahəsində təhsilin yaradılması və idarə edilməsi istiqamətində konsorsimun və vahid platformasının yaradılması mövzusu ilə çıxış edərək bildirib ki, 2014-cü ilin 8 mayında prezident İlham Əliyevin sərəncamı ilə Nüvə Tədqiqatları Mərkəzi yaradılıb və gələcəkdə nüvə enerjisinin dinc məqsədlər naminə istifadəsi üçün bu mərkəz Atom Elektrik Stansiyasının yaradılması və istifadəsinə nail olacaq. Orada çalışmaq üçün yüksək ixtisaslı kadrların hazırlanması xüsusi əhəmiyyətə malikdir və bu şəbəkənin işində BakıDövlət Universiteti fəal istrak edəcək. Hazırda BDU-da təhsilin bakalavr səviyyəsində atom və nüvə fizikası fənnləri tədris edilir və magistr pilləsində isə Yüksək enerjilər fizikası ixtisaslaşması istiqamətində kadr hazırlığı aparılır. Nüvə fizikası və Radiasiya materialşunaslığı istiqamətində isə yeni magistr ixtisaslaşmalar açılması məqsədi ilə Nazirlər kabineti qarşısında vəsatət qaldırılıb.

Mətbuat və informasiya şöbəsi, 27 aprel 2015-ci il.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026