Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi və tyutoru Moskva beynəlxalq innovasiya inkişaf forumunda iştirak ediblər

05/11/2013

Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, k. üzrə f.d. Flora Vidadi qızı Hacıyeva və tyutoru Aynurə Hidayət qızı Kərimova 28 oktyabr – 3 noyabr, 2013-cü il tarixlərində müstəqil dövlətlərin, xaricdə yaşayan həmvətənlərin əməkdaşlığı və beynəlxalq humanitar həmrəylik məsələləri üzrə Federal agentliyin dəstəyi ilə Moskva beynəlxalq innovasiya inkişaf forumunda iştirak etmişlər. Nümayəndə heyətinin tərkibinə MDB ölkələrinin beşindən (Azərbaycan, Belarusiya, Moldova və s.) seçilmiş elm sahəsi üzrə perspiktivə malik olan 10 gənc daxil olmuşdur. İşgüzar proqram çərçivəsində Dubnada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ), MDB Beynəlxalq nanotexnoloji innovasiya mərkəzinin, Təbiət, cəmiyyət və insan beynəlxalq “Dubna” universitetinin, “Dubna” xüsusi iqtisadi zonanın rəhbərliyi ilə görüşlər keçirilmişdir. Eyni zamanda, iştirakçılar sərgi və innovasiya kompaniyalarına qoşulmuş və Dubna şəhərinin administrasiyası ilə görüşmüşlər. Tədbirin əsas məqsədi MDB ölkələri arası beynəlxalq əməkdaşlığın aktiv inkişafı ilə bağlı olmuşdur. Bu proyekt MDB-nin aktiv gənclərinin elm, təhsil və innovasiya sferasında ölkələrarası iqtisadi və siyasi inteqrasiya ilə bağlı işlərə cəlb olunması ilə bağlı olmuşdur.

Mətbuat və informasiya şöbəsi, 05 noyabr 2013-cü il.

Xəbərlər

BDU-da “Mikayıl Müşfiq-115” adlı kitab sərgisi

BDU-da “Mikayıl Müşfiq-115” adlı sərgi kitab sərgisi
06/06/2023

BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "YUBİLEY" turniri keçirilib

BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "YUBİLEY" turniri keçirilib
06/06/2023

BDU Tələbə Gənclər Təşkilatının üzvləri DTX-nin Akademiyasının “Şöhrət” muzeyində

BDU Tələbə Gənclər Təşkilatının üzvləri DTX-nin Akademiyasının “Şöhrət” muzeyində
06/06/2023