Fizika fakültəsində elmi konfrans

04/05/2015

Fizika fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyinə həsr olunmuş magistrantların və gənc tədqiqatçıların «Fizika və astronomiya problemləri» XVII respublika elmi konfransı keçirilib. İclası  Elm və innovasiyalar üzrə prorektor, professor AydınKazımzadə açıb və iştirakçıları salamlayaraq, bu cür konfransların gözəl ənənə almasını bildirib.  Sonra Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov çıxış edərək son zamanlarda fakültədə aparılan uğurlu elmi işlərdən, magistrlərin elmi tədqiqat işlərinə marağının artmasından, magistrlərin səviyyəsinin artmasından danışıb. Plenar iclasda II kurs magistrantlar - Aslanlı A.F. “ maqnit sahəsində trayek­toriyanın tənliyinin hesablanması” və Əliyeva N.S. “HD216756 ulduzunun atmosferində FeI  xətlərinə əsasən mikroturbulent hərəkət sürətinin təyini”  adlı tezislərinin məruzələri dinlənilib. Plenar iclasdan sonra konfrans öz işini 4 bölmə üzrə davam etdirib. Konfransda Bakı Dövlət Universitetinin, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının, AMEA-nın Fizika institutunun magistrantları və gənc tədqiqatçıları 77 məruzə ilə çıxış ediblər.  Nəzəri fizika və astrofizika (12 məruzə), bərk cisimlər və yarımkeçiricilər (25 məruzə), fiziki elektronika və radioelektronika (18 məruzə), nanotexnologiyalar və molekulyar fizika (20 məruzə) bölmələrində maraqlı məruzələr dinlənilib. Çıxışlar ətrafında geniş müzakirələr aparılıb.   Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib. Konfransda seçilmiş magistrantların və gənc tədqiqatçıların may ayının axırlarında Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası nəzərdə  tutulub.

Mətbuat və informasiya şöbəsi, 04 may 2015-ci il.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025