Fizika Problemləri ETİ-də elmi seminar

18/02/2022

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti elmi seminar keçirilib.

Seminarda institutun Nəzəri fizika  şöbəsinin aparıcı elmi işçisi Şahin Məmmədov “AdS/KXD-nin yumşaq divar modelindən mezon-nuklon qarşılıqlı təsir sabitinin temperatur asılılığı” mövzusunda məruzə ilə çıxış edib.

Şahin Məmmədov sonlu temperaturda vektor və aksial vektor mezonların nuklonlarla qarşılıqlı təsir sabitinin AdS/KXD-nin yumşaq divar modelində baxılmasından danışıb. Anti-de Sitter-Şvarsşild  fəzasının içinə fermion və kalibrləşmə sahələri daxil edilib və onlar üçün hərəkət tənliklərinin həlli yazılıb. Bu sahələr arasında iç qarşılıqlı təsir laqranjianından sərhəd cərəyanının ifadəsi alınıb. Tapılan qarşılıqlı təsir sabitlərinin temperatur asılılıqları qurulub və temperaturun kritik nöqtəsində bu sabitlərin sıfır olduğu qeyd olunub.

Sonda Şahin Məmmədov iştirakçıların suallarını cavablandırıb, alınmış nəticələrin xüsusiyyətlərini izah edib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş
01/10/2026