Fransalı professor Azərbaycan dilinin tədrisindən danışıb

12/07/2010

Bu gün Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun (İNALСO) rektoru, professor Jak Löqranı qəbul edib. Qonağı salamlayan rektor BDU haqqında məlumat verib, əsasən onun beynəlxalq əlaqələrindən danışıb. Qonaq Jak Löqran da öz növbəsində rektoru olduğu institutdan bəhs edib. Məlum olub ki, Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda 96 dil, o cümlədən 1999-cu ildən Azərbaycan dili tədris olunur. 1500-dək fənnin keçirildiyi İnstitutun bir neçə fakültəsində Azərbayсan dilinin tədrisin tərkib hissəsinə çevrildiyindən danışan C.Löqran bildirib ki, rəsmi diplom təsis olunandan sonra tələbələr Azərbayсan dilini ayrıсa kurslarda öyrənmək və bu sahə üzrə diplom almaq imkanı əldə ediblər. 2008-сi ilin noyabrın 7-də isə Azərbayсan dili fakültəsi açılıb. Dilimizin daha səmərəli tədrisində maraqlı olduğunu söyləyən Jak Löqran BDU ilə məhz bu baxımdan əməkdaşlığa önəm verdyini bildirib. Akademik Abel Məhərrəmov həmkarının fikirlərini təqdir edib və BDU-da fransız dili ilə yanaşı artıq 3 ildir ki, fransız ədəbiyyatının da tədris olunduğunu bildirib. Sonda qərara alınıb ki, Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dilinin, BDU-da isə Fransız dili və ədəbiyyatının daha səmərəli keçirilməsi üçün mütəxəssis mübadiləsi edilsin. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Bakı Dövlət Universitetinin təhsil və elmimizdə böyük rol oynadığını deyərək, Fransada Azərbaycan dilinin tədrisi üçün vəsait çatışmazlığına toxunub və BDU-dan tədris vəsaiti, Azərbaycan-fransızca lüğət, o cümlədən dilin öyrənilməsi üçün disklər və digər mümkün vəsaitlər verilməsini xahiş edib. İkitərəfli görüşdən sonra qonaq universitetlə tanış olub, imtahanların elektron test üsulu ilə keçirilməsi prosesiylə maraqlanıb. Distant Tədris Mərkəzi vasitəsilə əlaqələrin mümkünlüyü barədə də fikir mübadiləsi edilib.

 

BDU-nun Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024