Fransanın Monpelye Universitetdə “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil müəssisələrinin tələblərinəuyğun yenidən qurulması və inkişaf etdirilməsi (NİZAMİ)” layihəsinin növbəti toplantısı keçirilib

28/02/2019

Fransanın Monpelye Universitetinin koordinatorluğu ilə yerinə yetirilən “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil müəssisələrinin tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi (NİZAMİ)” Erasmus+ KA2 layihəsinin növbəti  toplantısı keçirilib. Görüşdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və Nanomaterialların Kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva iştirak edib.

Daha sonra AMEA-nın təqdim etdiyi doktorantura təhsili üzrə Milli İdarəetmə Portalının təqdimatı və müzakirəsi, Təhsil Nazirliyinin əməkdaşlarının iştirakıilə Azərbaycanda doktorantura təhsili sahəsində aparılan islahatlar və yeniliklər haqqında məruzələr dinlənilib, layihənin Azərbaycan tərəfdaşları ilə fərdi iclasların təşkili müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti vəölkənin səkkiz, eləcə də Avropanın beş aparıcı ali təhsil müəssisəsinin iştirak etdiyi “NİZAMİ” layihəsinin əsas məqsədi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarına yenidən baxılması, bu təhsil səviyyəsində keyfiyyətin təminatına vəbeynəlmiləlləşdirilməsinənail olunması, sözügedən təhsil standartlarının müəyyənləşdirilməsi vəölkəüzrədoktorantura təhsilini həyata keçirən təhsil müəssisələrini birləşdirən milli portalın yaradılmasından ibarətdir. Eyni zamanda, doktorant və dissertantların müdafiəyə qədər və müdafiə prosedurunun asanlaşdırılması, onların fəaliyyətinin daha şəffaf və obyektiv qiymətləndirilməsi imkanlarını da müəyyənləşdirmək layihəçərçivəsində nəzərdə tutulub. Bununla əlaqədar olaraq, BDU-nun əməkdaşlarının təklifi ilə layihənin nəticələrinin Azərbaycan üçün tövsiyə xarakterli sənəd kimi istifadə olunmasıüçün final hesabatın kitab şəklində həm Azərbaycan dilində, həm də ingilis dilindəçap olunması qərara alınıb. Görüşdə qeyd edilib ki, belə bir təcrübə BDU-nun koordinatorluğu ilə həyata keçirilən ECONANO layihəsi  çərçivəsində uğurla həyata keçirilib.

Mətbuat və informasiya şöbəsi, 28 fevral 2019-cu il.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024