Futbol çempionatına start verildi

14/04/2012

Bu gün Bakı Dövlət Universitetinin futbol meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə universitetin 17 fakültəsi, eyni zamanda  MDU-nun Bakı filialının tələbələri arasında futbol yarışının təntənəli açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov son illərdə ölkəmizdə idmana göstərilən xüsusi dövlət qayğısından danışıb. Bildirib ki, ulu öndərin xatirəsinə həsr olunmuş futbol yarışları may ayında yekunlaşacaq və qalib müəyyən olunacaq.  Çıxış edən  Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birinci vitse prezidenti, millət vəkili Rauf Əliyev və YAP Yasamal royon təşkilatının sədri Fikrət İsmayılov çıxış edərək, BDU-da hər il keçirilən bu yarışmanın əhəmiyyətindən danışıb və komandalara uğurlar arzulayıblar. Daha sonra dövlət himni səslənilib və idman kafedrasının müdiri Akif Atakişiyev tədbirin proqramını elan edib. Tədbir konsetr proqramı ilə davam edib, fakültələr arasında futbol oyunu izlənilib.

Mətbuat və Informasiya şöbəsi, 14 aprel 2012-ci il.


Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026