Futbol yarışının açılış mərasimi keçirilib

15/04/2013

Bu gün Bakı Dövlət Universitetindəümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə universitetin 17 fakültəsi və xarici tələbələrdən ibarət bir komandanın iştirakı ilə futbol yarışının açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov təbriklərini çatdırıb. Bildirib ki, bu gün Bakı Dövlət Universitetinin start verilən futbol turniri may ayının əvvəllərində yekunlaşacaq və qaliblərə qiymətli hədiyyələr veriləcəkdir. Rektorun sözlərindən məlum olub ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar universitetdə bir neçə idman növü üzrə yarışlara start verilib: «İki gün əvvəl müəllimlər arasında şahmat çempionatına start verdik. Bundan başqa, universitetdə yubileylə əlaqədar bir neçə mühüm tədbirlər planlaşdırmışıq. Bu sıraya elmi konfranslar, simpoziumlar, müsabiqələr bir neçə yeni istifadəyə verilən laboratoriya, kafedraların açılışı daxildir. Bütün bunlara baxmayaraq, kütləvi idman növlərinin – futbol, voleybol, şahmat kimi idman növləri üzrə yarışlara xüsusi önəm veririk. Bu istiqamətdə idmançılara uğurlar arzu edirəm. Qoy güclülər qalib gəlsin». Rektor son illər idmanın bütün sahələrinin sürətli inkişafından, yeni-yeni idman qurğuları, olimpiya komplekslərinin tikilib istifadəyə verilməsindən, Sidney, Afina, Pekin Yay Olimpiya oyunlarında idmançılarımızın Azərbaycanı ləyaqətlə təmsil etməsindən də danışıb və bu uğurları Prezident İlham Əliyevin rəhbərliyi altında görülən böyük işlərin nəticəsi kimi xarakterizə edib.

Daha sonra təhsil nazirinin müavini Qulu Novruzov, YAP-ın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov da çıxış ediblər.

Tədbir konsert proqramı ilə davam edib, fakültələr arasında futbol oyunu izlənilib.

Mətbuat və İnformasiya şöbəsi, 15 aprel 2013-cü il.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024