“Güc birlikdədir” adlı tədbir keçirilib

28/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətin (TEC) birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Güc birlikdədir” adlı onlayn tədbir keçirilib.

Fakültənin TGT sədri Əli Qədirlinin moderatorluğu keçirilən tədbirdə TEC sədri Rahilə Əhmədovanın “Dünya Azərbaycanlıların Həmrəylik Günü” adlı məruzəsi dinlənilib.

Tədbirdə çıxış edən Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən elan edilmiş və dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirən əlamətdar günün yaranma tarixindən danışıb.

Daha sonra fakültənin dekan müavinləri Taleh Qəhramanov, Fuad Kərimli, kafedra müdirləri Famil Çıraqov, Rasim Alosmanov, İbrahim Məmmədov, BDU-nun TGT sədri Nicat İsmayılov və fakültənin I kurs tələbəsi Məmmədova Zəkiyyənin çıxışları dinlənilib.  Natiqlər bu bayramın dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynadığını vurğulayıblar.

Tədbir tələbələrin tarixi gün ilə bağlı çıxışları ilə davam edib.

Xəbərlər

Şanlı qələbəmizin başlanğıcı – tarixi Aprel döyüşlərindən 10 il ötür

Şanlı qələbəmizin başlanğıcı – tarixi Aprel döyüşlərindən 10 il ötür
02/04/2026

BDU-nun Astrofizika kaferası: “Günəşə doğru hərəkət edən MAPS kometi 2-4 aprel tarixlərində sürətlə parçalanacaq”

BDU-nun Astrofizika kaferası: “Günəşə doğru hərəkət edən MAPS kometi 2-4 aprel tarixlərində sürətlə parçalanacaq”
02/04/2026

BDU-da “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş 

BDU-da “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş
02/04/2026