Geodeziya və Kartoqrafiya Agentliyinin əməkdaşlarının BDU-da ustad dərsi

07/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakultəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədrinin birinci müavini İlqar Əmirovun rəhbərliyi ilə mütəxəssislər qrupu tərəfindən ustad dərsi keçirilib. Dərsin məqsədi Geomatika və geodeziya mühəndisliyi ixtisası üzrə kadr hazırlığı işinin müasir tələblərə uyğun səviyyədə aparılmasına dəstək olmaqdır.

İlqar Əmirov Geodeziya və Kartoqrafiya Agentliyinin strukturu, fəaliyyəti, yerinə yetirdiyi layihələr haqqında ümumi məlumat verib. Sonra Agentliyin geodeziyaçıları Cəlil Gəncəmaliyev və Rauf Əliheydərli, kartoqrafı Aqidə Əliyeva müasir geodeziya, geomatika və kartoqrafik işlərin yerinə yetirilmə texnologiyaları, peyk müşahidələri əsasında alınan təsvirlərdən istifadə etməklə ərazinin plan və xəritələrinin tərtib edilməsi, GPS peyk mövqetəyinetmə sistemləri, pilotsuz uçuş aparatları (PUA), dataların emal proqramları ilə bağlı məruzələr ediblər.

Ustad dərsin ikinci hissəsi praktiki təlimlərlə davam etdirilib. Bu mərhələdə Agenliyin mütəxəssisləri tərəfindən müasir geodeziya cihaz və alətlərinin iş prinsipləri, onlarla ölçmə qaydaları əyani şəkildə tələbələrə göstərilib. Eyni zamanda tələbələr tərəfindən bir sıra ölçmələr də həyata keçirilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş
01/10/2026