Geologiya fakültəsinin IV kurs tələbəsi Avropa Geoloji Elmlər İttifaqının Baş Assambleyasının iclasında iştirak edib

04/05/2017

Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Geoloji Elmlər İttifaqı Baş Assambleyasının (General Assembly of the European Geosciences Union -EGU2017) iclası keçirilib.

Tədbirdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, həmin mərkəzin şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova, Geologiya və Geofizika İnstitutunun (GGİ) Seysmologiya və seysmik təhlükə  şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev və EGU-17 Assambleyasının tələbə seksiyasında BDU-nun Geologiya fakültəsinin IV kurs (GK-014R) tələbəsi, GGİ-nin əməkdaşı Elvin Babayev iştirak ediblər.

Konfransın keçirilməsində məqsəd dünyanın Yer elmləri üzrə tədqiqatçılarını bir araya toplamaq və bu sahədə əldə olunmuş nailiyyətləri, elmi yenilikləri müzakirə etməkdir.

Tədbirdə geodinamika və seysmologiya üzrə ayrıca seksiyalar keçirilib, eyni zamanda Yer elmləri sahəsində müasir tədqiqatlar, aktual problemlər və perspektivlərə dair geniş fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində nümayəndələr ABŞ-ın "Kinemetriks" və Birləşmiş Krallığın "Güralp Systems Limited" şirkətlərinin rəsmiləri ilə görüşüb, həmin şirkətlərin seysmik dalğanı və Yer qabığının ümumi titrəyişlərini ölçən texnologiyaları ilə yaxından tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 04 may 2017-ci il

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024