Geologiya fakültəsinin keçmiş məzunları BDU-da olublar

27/11/2019

Bakı Dövlət Universitetinin 100 illik yubileyi çərçivəsində Geologiya fakültəsinin  1979-cu il məzunları Nizami və Fizuli Cəfərov qardaşlarının fakültənin professor-müəllim, tələbə heyəti ilə görüşü keçirilib.
Qonaqları salamlayan dekan Məhluqə Məmmədova, görüşün tələbələr üçün əhəmiyyətini qeyd edərək, fakültənin tarixi və indiki həyatından bəhs edib. O, universitetin 100 illik yubileyi münasibətilə fakültə əməkdaşlarından bir neçəsinin Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edildiyini diqqətə çatdırıb. Universitetdə geoloq mütəxəssislərin hazırlanmasına 1943-cü ildən başlanıldığını, 80 ilə yaxın bir müddət ərzində minlərlə yüksəkixtisaslı mühəndis-geoloq, geofizik, hidrogeoloq, dağ-mədən mühəndisi və geokimyaçıların yetişdiyini vurğulayıb.
Qonaq məzunlar barədə tələbələrə məlumat verən dekan, universiteti bitirdikdən sonra qardaşların təyinatla Qazaxıstan Respublikasına göndərildiklərini, orada alimlik dərəcəsinə kimi yüksəldiklərini qeyd edib. Bildirib ki, hazırda orada elmi fəaliyyətlə məşğul olan qardaşlar Avstraliya Geologiya Elmləri İnstitutunun üzvləridir.
Çıxış edən Nizami Cəfərov görüşün çox əlamətdar günə təsadüf etdiyini, 40 ildən sonra yenidən doğma universitetdə, doğma fakültədə olmasından məmnunluq hissi keçirdiyini deyib. Tələbəlik xatirələrindən danışan alim, tələbələrə universitetdə onlara yaradılan şəraitdən səmərəli istifadə etməyi, xalqına, vətəninə layiqli mütəxəssis kimi formalaşmağı məsləhət görüb.
Öz növbəsində unudulmaz tələbəlik xatirələrindən, müəllimlərindən söz açan Fizuli Cəfərov da, görüşdə iştirak edən hər kəsi BDU-nun 100 illik yubileyi münasibətilə təbrik edib. Daha sonra o, “Filiz yataqlarının 3D modelləşdirilməsi” mövzusunda təqdimat edib, tələbələri maraqlandıran sualları cavablandırıb.
Görüşün sonunda çıxış edən Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif  Babazadə vaxtilə müəllimi olduğu qardaşların  hər zaman oxumağa, araşdırmağa meyilli olduqlarını deyib.  Onların yüksək uğurlar əldə etdiklərindən, müəllimlərinin əziyyətini yerdə qoymadıqlarından sevinc hissi keçirdiyini dilə gətirən akademik, Cəfərov qardaşlarına yeni uğurlar arzu edib.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətləri müəyyən olunub.

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024