Geologiya fakültəsinin tələbələri BDU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər

30/09/2025

Bakı Dövlət Univüersitetinin (BDU) Geologiya fakültəsinin tələbələri Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Universitetin Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Muzeyin mütəxəssisi Afət Seyidzadə 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin şəxsi razılığı ilə Universitetdə fəaliyyətə başlayan Muzey haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Muzeyi Ümummilli Liderin zəngin irsinin təbliği və öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Tələbələrə həm tarixi sənədlər, həm də fotoşəkillər vasitəsilə Ulu Öndərin xalqımıza bəxş etdiyi tarixi irs barədə ətraflı məlumat çatdırılıb.

Ziyarət iştirakçılarda böyük maraq doğurub. Tələbələr belə tədbirlərin gənclərin milli-mənəvi dəyərlər, dövlətçilik ənənələri və tarixi irs barədə biliklərinin artmasına mühüm töhfə verdiyini vurğulayıblar.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026