Geologiyanın aktual problemləri mövzusunda respublika elmi-praktik konfransı keçirilib

15/05/2019

Geologiya fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş "Geologiyanın aktual problemləri" mövzusunda respublika elmi-praktik konfransı keçirilib. BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə konfransı giriş sözü ilə açaraq Ulu öndər Heydər Əliyevin Azərbaycanda  elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşmasından, həmin siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib.

Sonra geologiya fakültəsinin dekanı, dosent Məhluqə Məmmədova elmi konfransların keçirilməsinin əhəmiyyətindən, həmçinin adıçəkilən  konfransın mühüm mövzuya həsr edilməsindən danışıb.

Doktorant, dissertant və magistrantların iştirak etdiyi konfransın plenar iclasında professorlar Məmməd Çıraqov, Musa Məmmədov, dosent Mamoy Mansurov, müəllim Elnarə Əhmədova və magistrant Qoşqar Qurbanovun məruzələri dinlənilib və mövzular ətrafında diskussiyalar aparılıb.

Konfransda Tədris Departamentinin “Keyfiyyətin təminatı, monitorinq və qiymətləndirmə” şöbəsinin müdiri, dosent Vaqif Qasımov çıxış edərək dinlənilən elmi məruzələrin önəmini diqqətə çatdırıb.

3 bölmə iclasında davam edən konfransda 180 məruzə  dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 15 may 2019-cu il.

Xəbərlər

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq
10/07/2026

BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır

BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır
10/07/2026

BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq

BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq
10/07/2026