"Gənc istedadlar" liseyində Bilik günü keçirilib

15/09/2017

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində Bilik günü keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını təbrik edib, liseyin qazandığı uğurlardan danışıb. Rektor bu il liseydən  məzun olan 46 nəfərdən 13-nün 600-dən artıq bal topladığını, onlardan 7 nəfərin qızıl, 1 nəfərin gümüş medal aldığını, 9 nəfərin isə fərqlənmə attestatına layiq görüldüyünü bildirib. Qedy edib ki, liseyi bitirən məzunların hamısı əvvəlki illərdə olduğu kimi, bu il də yüksək göstəricilərlə yerli və xarici universitetlərə qəbul olunublar.

Akademik Abel Məhərrəmov bu il liseyin V sinfinə qəbul olmuş şagirdlərin də yaxşı oxuyacağını, universitetimizə şərəf gətirəcəyinə ümidvar olduğunu bildirib.

Liseyin direktoru, professor Qasım Hüseynov da şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, 10 yaşlı liseyin fəaliyyətindən bəhs edib.

Məzunlar adından  bu il yüksək bal toplayaraq BDU-nun Kimya fakültəsinə daxil olan Arzu Fərzullayeva çıxış edərək, şagirdlərə uğurlar diləyib.

Mətbuat və informasiya şöbəsi, 15 sentyabr 2017-ci il .

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026