“Gənc istedadlar” liseyində ilk dərs günü

29/09/2021

Bu gün Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc istedadlar” liseyində yeni tədris ilinin açılışı münasibətilə tədbir keçirilib. Tədbir Azərbyacan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Vətən müharibəsində həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilmiş mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq onların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Liseyin direktoru Arif Bağırov çıxış ölkə başçısının təhsilə olan qayğısından danışıb, şagird və müəllimləri ilk dərs günü münasibətilə təbrik edib, onlara müvəffəqiyyət arzu edib, şagirdlərin daha elmdə və təhsildə böyük nailiyyətlər qazanacaqlarına əminliyini ifadə edib.

Daha sonra cari ildə liseyin v sinfinə qəbul zamanı azərbaycan və rus bölmələri üzrə yüksək bal toplamış şagirdlərdən Fidan Dəmirli və Sulduz Hacıyev, valideynlər adından hərbçi polkovnik leytenant Vüqar Abdullayev, liseyi qızıl medalla bitirən məzunu Şamil Abbasov ilk dərs günü münasibətilə çıxış ediblər.

Sonra liseyin VI sinif şagirdləri öz ərazi bütövlüyünü bərpa etmiş qalib Azərbaycan dövlətinin şagirdləri olduqları ilə fəxr etdiklərini qeyd etdikdən sonra “Ana yurdum Azərbaycan” şerini səsləndiriblər.

Sonda 2021/2022-ci tədris ilinin ilk zəngi səsləndirilib.

Xəbərlər

BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılır

BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılır
16/07/2026

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026