“Gənc istedadlar” liseyində Xocalı faciəsinin 28-ci ildönümü anılıb

26/02/2020

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Xocalı faciəsinin qurbanları anılıb. Tədbiri “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov açaraq ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilən soyqırımın təkcə azərbaycanlılara deyil, insanlığa qarşı törədilən cinayət olduğunu bildirib.

Anım mərasimində faciə qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Tarix fakültəsinin professoru Nuru Məmmədov və Xocalı soyqırımının şahidi Müşkünaz Əhmədova çıxış edərək ümumtəhsil müəssisələrində belə tədbirlərin keçirilməsilə ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının yad edilməsinin və Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağın vacib olduğunu qeyd ediblər.

Tədbir lisey şagirdlərinin hazırladığı ədəbi-bədii hissə ilə davam edib.
Sonda Xocalı faciəsinin həqiqətlərindən bəhs edən videoçarx nümayiş olunub.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı”na əsasən “Gənc istedadlar” liseyində  bu gün ilk dərslər Xocalı soyqırımına həsr edilib.

Xəbərlər

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!
10/08/2026

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
10/08/2026

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır
10/08/2026