"Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XI Respublika müsabiqəsinin qalibləri sırasında

25/02/2022

Fevralın 24-də “Sabahın alimləri” XI Respublika müsabiqəsinin onlayn bağlanış mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva təbrik nitqi ilə çıxış ediblər.

Mükafatlandırılan qaliblər arasında BDU-nun nəzdində “Gənc istedadlar” liseyinın şagirdləri xüsusi fərqləniblər. Onlardan X sinif şagirdi Ərhan İbrahimli biologiya, X sinif şagirdi Ayaz Ömərli ekologiya və XI sinif şagirdi Nigar Namazova mühəndislik istiqaməti üzrə birinci yerin sahibi olublar. Qalib olan 3 layihə cari ildə 8-13 may tarixlərində ABŞ-ın Corciya ştatının Atlanta şəhərində keçirilməsi nəzərdə tutulan İSEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək.

X sinif şagirdləri Salman Vahabov və Fərhad Kərimbəyli fizika, X sinif şagirdləri Nəzrin İsmayılova, Ayşən Hacıyeva biologiya, XI sinif şagirdləri Nərgiz Orucova, Amin Zeynalov tibb,  IX sinif şagirdləri Camal Axundov, Həvva Qəmbərova isə ekologiya istiqaməti üzrə ikinci sırada qərar tutublar.

XI sinif şagirdi Fidan Qurbanova kimya, XI sinif şagirdləri Rəfsan Həbibullayev, Tamilla Süleymanova fizika, IX sinif şagirdləri Rüxsarə Zamanlı və Fərəf Əziz – Meşkin biologiya istiqaməti üzrə üçüncü yerə layiq görülüblər.

Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə təşkil edilir.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026