“Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

04/02/2026

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin VII-VIII sinif şagirdlərinin Universitetin Fizika, Kimya və Biologiya fakültələrinin laboratoriyaları ilə yaxından tanışlığına başlanılıb.

Erkən yaşlardan elmi mühitlə təmas şagirdlərin elmə maraqlarının artmasına, analitik və tədqiqat bacarıqlarının formalaşmasına, gələcək ixtisas seçimində düzgün istiqamətlənmələrinə mühüm töhfə verir.

Məşğələlər zamanı şagirdlər BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olublar. BDU-nun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında təşkil olunan dərs və praktik məşğələlər şagirdlərin fizika, kimya və biologiya fənləri üzrə əldə etdikləri nəzəri biliklərin praktik bacarıqlarla möhkəmləndirilməsinə şərait yaradır. Bu cür məşğələlər şagirdlərin dünyagörüşünün genişlənməsinə, biliklərinin dərinləşməsinə və elmə daha da yaxınlaşmalarına xidmət edir.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026