“Gənc istedadlar” liseyinin şagirdləri sertifikatlara layiq görülüb

27/12/2017

Bakı Xətai Sənət Mərkəzi V Beynəlxalq “Sülh İstəyirik” Festivalı çərçivəsində növbəti rəsm sərgi müsabiqəsi keçirib. Dünyada sülhün, əmin-amanlığın,  sabitliyin, humanizmin, tolerantlığın, xeyirxahlığın təbliğinə həsr edilmiş rəsm sərgi müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası,  “Uluslararası Yalnızca Barışa Tarafız” Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Sərgidə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdləri də iştirak edib. Əsasən akvarel, quaş və  taxta üzərində yandırma rəsm işləri nümayiş etdirilib. Sərgidə iştirak edən şagirdlərə sertifikatlar təqdim edilib. Liseyin direktoru, professor Qasım Hüseynov şagirdləri və onların müəllimi Türkan Abdullayevanı təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Mətbuat və informasiya şöbəsi, 27 dekabr 2017-ci il.

Xəbərlər

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
16/10/2026