“Gənc istedadlar” liseyinin Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib

31/12/2010

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib.Liseyin şagirdləri dövlət himnini səsləndirdikdən sonra, tədbiri  açıq elan etmək üçün söz BDU-nun rektoru, akademik Abel Məhərrəmova verilib. İştirakçıları salamlayan rektor Prezident İlham Əliyevin sərəncamına əsasən 2007-ci ildən fəaliyyət göstərən liseyin tarixindən və fəaliyyətindən danışıb.  Hazırda «Gənc İstedadlar»da 475 şagirdin təhsil aldığını bildirən akademik deyib ki, liseyin BDU-nun nəzdində fəaliyyət göstərməsinin əsas məqsədi gəncləri universitet mühitində formalaşdırmaq və ali məktəblərə yola salmaqdır. 2010-cu ildə məzunlarının 100 faizinin ali məktəblərə qəbul olunduğunu söyləyən rektor, liseyin fəaliyyətini yüksək qiymətləndirib.Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bütün dünyada yaşayan həmvətənlərimiz üçün böyük önəm daşıdığını söyləyən rektor liseyin müəllim və şagirdlərini hər iki bayram münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.Sonra bayram liseyin şagirdlərinin ifasında mahnı, şeir və rəqslərlə davam edib.

 

BDU-nun Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025