Gənc tədqiqatçılar BDU-da aparılan elmi tədqiqatlarda fəal iştirak edirlər

28/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi və Fizika fakültəsinin lll kurs doktorantı Orxan Güləhmədovun həmmüəllifi olduğu “Enhancement of triboelectric nanogenerators with nylon/TiO2 nanocomposite films” (Neylon/TiO2 nanokompozit təbəqələri ilə triboelektrik nanogeneratorların təkmilləşdirilməsi) adlı məqalə  UGC CARE, SCOPUS və "Web of Science" bazalarında indekslənən "MRS Communications" jurnalında (IF: 2.935) dərc olunub.

https://link.springer.com/article/10.1557/s43579-023-00509-0

İlk dəfə olaraq sprey örtük texnologiyasının köməyi ilə Neylon/TiO2 nanokompozit materiallar hazırlanıb, onların əsasında triboelektrik nanogeneratorlar (TENG) yaradılıb və nanokompozit təbəqələrin TENG-in çıxış parametrlərinə təsiri araşdırılıb. Əldə olunan nəticələr əsasında müəyyən olunub ki, nanokompozit daxilində TiO2 nanohissəciklərinin miqdarının artması ilə belə materiallardan hazırlanan TENG-in çıxış parametrləri artır.

Hazırlanmış TENG-lər portativ elektron cihazların elektrik enerjisi ilə qidalandırılmasında miniatür generator kimi tətbiq oluna bilər.

Xəbərlər

Şanlı qələbəmizin başlanğıcı – tarixi Aprel döyüşlərindən 10 il ötür

Şanlı qələbəmizin başlanğıcı – tarixi Aprel döyüşlərindən 10 il ötür
02/04/2026

BDU-nun Astrofizika kaferası: “Günəşə doğru hərəkət edən MAPS kometi 2-4 aprel tarixlərində sürətlə parçalanacaq”

BDU-nun Astrofizika kaferası: “Günəşə doğru hərəkət edən MAPS kometi 2-4 aprel tarixlərində sürətlə parçalanacaq”
02/04/2026

BDU-da “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş 

BDU-da “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş
02/04/2026