Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru BDU tələbələri ilə görüşüb

15/04/2025

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GKİM) baş direktoru Azər Əliyevin tələbələrlə görüşü keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Universitetdə həyata keçirilən sosial layihələr, gənclərin şəxsi inkişafı, karyera planlaması istiqamətində tədbirlər barədə məlumat verib.

Mərkəzin şöbə müdiri Könül İsmayılzadə GKİM-in fəaliyyət istiqamətlərindən bəhs edib, paytaxt və regionlarda gördüyü işləri tələbələrin diqqətinə çatdırıb.

Daha sonra GKİM-in baş direktoru Azər Əliyev "Şəxsi inkişaf və karyera fürsətləri" mövzusunda çıxış edib. O bildirib ki, Mərkəzin əsas prioritetləri gənclərin inkişafı üçün daha geniş imkanlar yaratmaq, yeni layihələrlə onların fəallığını artırmaq, beynəlxalq və yerli əməkdaşlıqların inkişaf etdirilməsi və texnologiya, təhsil, sahibkarlıq sahələrində yeni fəaliyyətlər həyata keçirməkdir. 6 ilə yaxındır gənclərin, xüsusilə region gənclərinin şəxsi inkişafı və karyera quruculuğuna dəstək məqsədilə layihələr həyata keçirən Mərkəzin 10-dan artıq regional nümayəndəliyi və 45-dək bölməsi fəaliyyət göstərir. Baş direktor tələbələrə karyera planlanması, əmək bazarında mövcud çağırışlar, dil biliklərinin təkmilləşdirilməsi istiqamətində tövsiyələr verib.

İnteraktiv şəkildə keçirilən görüşdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

 

Xəbərlər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29/07/2026

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
29/07/2026