Günel Məlikli doktorantların və gənc tədqiqatçıların XVII respublika elmi konfransında çıxış edib

20/12/2012

Doktorantların və gənc tədqiqatçıların XVII respublika elmi konfransı keçirilib. 1994-ci ildən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı hər il bir ali təhsil müəssisəsinin bazasında keçirilir. Konfranslar respublikamızda elmi potensialın güclənməsinə, həmçinin fundamental və tətbiqi elmi-tədqiqatların prioritet istiqamətlərinin inkişaf etdirilməsi məqsədi ilə gənc tədqiqatçıların həvəsləndirilməsinə, onların əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsinə və yayılmasına xidmət edir. Respublika elmi konfranslarında mövzularının aktuallığı, elmi tədqiqat işini aparmaq və alınmış elmi nəticələri auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənən doktorantlara və gənc tədqiqatçılara Təhsil Nazirliyinin sertifikatları verilir.

Konfransda BDU-nun doktorantı Günel Məlikli də çıxış edib. O, bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucususu, ümummilli lider Heydər Əliyev idarəçiliyinin bütün mərhələrində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə xalqın intellektual gələcəyini düşünüb. Elmi-intelektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərrti və etibarlı təminatı hesab edən ulu öndər milli təhsil sisteminin mütərrəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdi.

Ulu öndər Heydər Əliyevin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasətin davamlılığını son 9 ildə inamla davam etdirən və onu yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İham Əliyev praqmatik və rasional düçüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulayıb, fəal milli maarifçilik xətti yeridərək dünya təhsil sisteminə inteqrasiyanı vacib sayıb.

Doktorant xüsusi vurğulayıb ki, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və ölkəyə layiqli vətəndaşlar kimi yetişməsi, intelektual səviyyəsinin yüksəldilməsi üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir. O, ölkə rəhbərliyinin gənclərimizə göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndirib.

Doktorant 2006-2010-cı illərdə BDU-da politologiya ixtisası üzrə bakalvr dərəcəsində təhsil aldığını, universitetdə oxuduğu zaman Yeni Azərbaycan Partiyasının, «İrəli» İctimai Birliyinin, BDU-da Tələbə Gənclər Təşkilatının fəal üzvü oldüğünü diqqətə çatdırıb. Elmi axtarışlarının nəticəsi olan 30 elmi siyasi məqalələrlə müxtəlif elmi jurnallarda çıxış edərək, Respublikanın ali məktəblərinin tələbələri arasında keçirilən “Siyasi biliklər” müsabiqəsində 1-ci yerə, 2009-cu ildə gördüyü ictimai işlərə görə “İlin Tələbəsi» adına layiq görülüb. Hal-hazırda Bakı Dövlət Universitetində “Siyasətin nəzəriyyəsi: siyasi elmin tarixi və metodologiyası “ ixtisası üzrə əyani doktorantura təhsili aldığını, Bakı dövlət universitetinin ən gənc doktorantı olmasıyla fəxr etdiyini bildirib. Doktorant əlavə edib ki, “Azərbaycan Respublikasının dövlət təhlükəsizliyində sosial siyasətin yeri və rolu” dissertasiyasıyasını bitirməkdədir.

Mövzu üzərində işləyərkən Azərbaycan Respublikası Milli Məclisin Sosial Siyasət Komitəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Bakı Dövlət Universitetinin “Politologiya və Sosiologiya” kafedrasında tədqiqat işləri apardığını da konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Elmi sahədə qazandığı nailiyyətlərə, təhsil sahəsində münbit şəraitə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını ifadə edib. Doktorant daha sonra qeyd edib ki, BDU son illərdə öz inkişafının daha dinamik mərhələsinə qədəm qoyub. BDU ötən illərdə maddi-texniki bazasını ən müasir tələblər səviyyəsinə yüksəldərək Avropa təhsil məkanına inteqrasiya prosesində böyük nailiyyətlər qazanıb. Universitetin professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə akademik Abel Məhərrəmov tərəfindən 2009-cu ildən etibarən universitetdaxili «50+50» qrant proqramı təsis edilib.

G.Məlikli iki dəfə - 2009-cu ildə, eyni zamanda bu il «50+50» qrant proqramının qalibi olub. Doktorant ən böyük elm məbədi olan Bakı Dövlət Universitetinə, təhsil ocağının rektoru, akademik Abel Məhərrəmova yaradılan şəraitə görə minnətdarlığını da çatdırıb. O qeyd edib ki, BDU böyük beynəlxalq nüfuza, yüksək təhsil reytintinqlərinə malikdir. Xarici ölkələrin ali məktəbləri ilə aparılan elmi layihələr bizə dünyada təhsil və elm sahəsində gedən qlobal proseslərdən xəbərdar olmağa geniş imkan yaradır. Bu münbit şəraitin yaradılmasında heç şübhəsiz ki, təhsil naziri, professor Misir Mərdənovun müstəsna xidmətləri var.

Doktorant yekunda bildirib: «Ölkə rəhbərliyi tərəfindən elm və təhsil sahəsinə göstərilən diqqət və qayğı nəticəsində biz gənclər qarşıdakı fəaliyyətimizdə adekvat cavab verəcəyik və bu günkü alimlər növbəti onillikdə Azərbaycana müxtəlif elm sahələrində Nobel mükafatı gətirəcəklər. Bu konfrans biz gənc tədqiqatçılara elmi araşdırmalarımızda, fəaliyyətimizə böyük töhfə verəcək. Gənclərin elmi potensialının üzə çıxarılması, həmçinin tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi, elmi nailiyyətlərin birlikdə müzakirə edilməsi baxımından bu kimi tədbirlərin–doktorantların konfransının keçirilməsi mühüm əhəmiyyət daşıyır».

Sonra konfrans 19 bölmə (riyaziyyat, fizika, kimya, kimya-texnologiya, tibb, iqtisadiyyat, biologiya və kənd təsərrüfatı və s.) üzrə işini davam etdirib.

Doktorantın çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Mətbuat və İnformasiya şöbəsi, 20 dekabr 2012-ci il.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024