Gürcüstanın İakob Gogebaşvili adına Telavi Dövlət Universitetinin əməkdaşları Quba tədris-təcrübə və istirahət mərkəzində olublar

27/07/2018

Gürcüstanın İakob Gogebaşvili adına Telavi Dövlət Universitetinin  əməkdaşları  professor G.Bejitaşvili, professor T.Tamaraşvili, professor N.Berdzenişvili, professor M.Qambaşidze və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi İ.Şiukaşvili Bakı Dövlət Universitetində olub, Ekologiya və torpaqşünaslıq, Coğrafiya, Fizika, Tarix, Filologiya,  Biologiya fakültəsinin professor–müəllim heyəti ilə görüşüblər.
Bir müddət əvvəl BDU ilə Telavi Dövlət Universiteti arasında imzalanmış memoranduma əsasən baş tutan səfər çərçivəsində qonaqlar stajkecmə və təhsil sahəsində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məqsədilə universitetin Quba tədris-təcrübə və istirahət mərkəzində olublar. Mərkəzdə stajkecmə zamanı dəyirmi stol arxasında keçirilən görüşlərdə ikitərəfli müştərək elmi layihələrin hazırlanması, beynəlxalq elmi konfransların təşkili, seminarların və treninqlərin, o cümlədən tələbələrin çöl təcrübələrinin keçirilməsi,  magistrantların elmi-tədqiqat işlərində birgə fəaliyyəti ətraflı müzakirə olunub.

Aparılan diskussiyalar zamanı BDU-nun kafedra müdiri,  prof. V.Salmanov  və TDU-nun professoru G.Bejitaşvili hər iki universitetlərin professor-müəllim heyətlərinin elmi tədqiqatlarının nəticələrinin, elmi məqalələrinin universitetlərin təbiət və humanitar sahələr üzrə nəşr olunan jurnallarında cap olunmasını təklif ediblər. TDU-nun Xarici dillər departamentinin professoru M.Qambaşidze Quba tədris-təcrübə və istirahət mərkəzində stajkecmə zamanı aldıqları xoş təəssüratları bölüşüb.

Sosial elmlər, biznes və hüquq fakültəsinin professoru T.Tamaraşvili Quba tədris-təcrübə və istirahət mərkəzində kecirilən görüşlərin TDU-nun bütün əməkdaşları tərəfindən yüksək qiymətləndirildiyini söyləyib, yaradılmış şəraitə, diqqətə və qayğıya görə BDU-nun rektoru, akademik Abel Məhərrəmova, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevaya minnətdarlıqlarını bildirib.

Mətbuat və informasiya şöbəsi, 27 iyul 2018-ci il.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025