Gürcüstanın təhsil və elm naziri: “Bakı Dövlət Universitetində keçirilən gürcü dili proqramından çox təsirləndim”

26/10/2022

Azərbaycana səfər edən Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli “Təhsil TV”nin “Təməl” proqramına müsahibə verib. Gürcü nazir müsahibəsində BDU-ya səfəri ilə bağlı təəssüratlarını da bölüşüb:
“Bakı Dövlət Universitetinə gözəl səfərim oldu, orda gürcü dili proqramında oxuyan tələbələrlə tanış oldum və onların gürcü dilini bilməsi məni çox heyran etdi.  Şübhəsiz ki, biz daha çox şey edə bilərik. Ona görə də bu proqramı təkmilləşdirməyə töhfə verəcək bəzi gürcü professorları göndərəcəyik. Biz öz tərəfimizdən ən yaxşı mütəxəssisləri seçəcəyik. Eyni zamanda Tbilisi Dövlət Universitetində Azərbaycan dili proqramının keyfiyyətini artırmaq üçün Azərbaycandan professorlar gələcək.  
Digər mühüm xəbər ondan ibarətdir ki, biz hazırda Tbilisi Dövlət Universitetində Heydər Əliyev adına auditoriya və kitabxanada hazırlığı başa çatdırırıq. Auditoriya və kitabxananın rəsmi açılışı gələn il – Heydər Əliyevin 100 illik yubileyində baş verəcək. Biz də qərara gəldik ki, Heydər Əliyevin verdiyi töhfələr, həyatı və fəaliyyəti ilə bağlı bir sıra tədqiqat seminarlarına start verək. Həmçinin kitab təqdimatları olacaq. Tbilisi Dövlət Universitetində yaratmağı planlaşdırdığımız Azərbaycan Mədəniyyəti Mərkəzi elmi müzakirələr, Azərbaycan dili, Azərbaycan mədəniyyəti, tarixi ilə bağlı akademik proqramlara xidmət edəcək. Hazırda BDU-da fəaliyyət göstərən gürcü dili proqramı ətrafına biz daha çox ölçülər əlavə etmək istərdik ki, BDU-da gürcü ədəbiyyatı, mədəniyyəti, gürcü tarixi dərsləri təmsil olunsun”.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024