Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bioekologiya kafedrasının magistrantları üçün beynəlxalq standartlara uyğun tədris proqramı hazırlamaq niyyətindədir

06/02/2012

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı” (BDİP) Bakı Dövlət Universitetilə əməkdaşlıq çərçivəsində, universitetinin yeni yaradılmış Ekologiya və Torpaqşünaslıq fakültəsi ilə müxtəlif layihələr həyata keçirmək, fakültənin Bioekologiya kafedrasının magistrantları üçün beynəlxalq standartlara uyğun tədris proqramı hazırlamaq niyyətindədir.

Bununla əlaqədar 6-8 fevral tarixlərində GİZ-in BDİP tərəfindən Greifswald universitetinin və Mixail Zukkov fondunun əməkdaşları cənab Mixail Zukkov (Fondun yaradıcısı və prezidenti), cənab Sebastyan Şmidt (Fondun icracı meneceri) və xanım Anya Zalser (layihənin koordinatoru) Bakı Dövlət Universitetində olublar.

Əsas məqsəd Bioekologiya kafedrasının maddi və bilik imkanları, o cümlədən resursları ilə tanışlıq, BDU-nun tələb və təkliflərinin öyrənilməsi, mövcud tədris proqramı ilə tanışlıq, gələcək əməkdaşlıq imkanları barəsində müzakirələrin aparılması olub.

İki günlük səfər proqramında BDU rəhbərliyinə, professor-müəlim heyətinə proqram barədə məlumat verilib, təklif və düşüncələri öyrənilərək gələcək perspektivlər barəsində məlumatlar toplanılıb. Görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə, Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektor, dosent Şəlalə Məmmədova, Ekologiya və Torpaqşünaslıq fakültəsinin dekanı, dosent Nazim Şəmilov, Ekologiya və Torpaqşünaslıq fakultəsinin Bioekologiya kafedrasının müdiri, professor Nərminə Sadıqova və fakültənin digər kafedra müdirləri və əməkdaşlar iştirak ediblər.

Qonaqlar, həmçinin Bioekologiya kafedrasının əməkdaşları - professor Nərminə Sadıqova və dosent Firuzə Sultan-zadə ilə bir araya gəlib, kafedranın imkanları ilə ətraflı tanış olublar. Əməkdaşlıq üçün növbəti addımların müəyyən edilməsi görüş zamanı aparılan müzakirələrin əsas istiqamətini təşkil edib. Hazırlanması nəzərdə tutulan tədris proqramının ilkin mərhələsi olaraq əsas fənlərin müəyyən edilməsi, dərs saatlarının təxmini bölgüsü və gələcəkdə kafedranın müəllim və digər əməkdaşlarının kadr potensialının gücləndirilməsi məsələləri də əsas müzakirə edilən mövzulardan olub.

Mətbuat və İnformasiya şöbəsi, 6 fevral 2012-ci il.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024