AYB-nin katibi Elçin Hüseynbəylinin BDU tələbələrinə hekayə yazmaq texnikası ilə bağlı seminarı

14/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının “Natiqlik” klubunun təşəbbüsü ilə Filologiya fakültəsinin tələbələri üçün Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli tərəfindən “Hekayə nədir?” adlı seminar keçirilib.

O, hekayənin epik növün həcm etibarilə kiçik janrı olduğunu, oxucunun marağını cəlb etmək üçün üslubun, seçilən mövzunun, təsvirlərin ən xırda detalına qədər böyük əhəmiyyət daşıdığını vurğulayıb. Elçin Hüseynbəyli qeyd edib ki, hekayə janrının sevilməsinin və oxucularda maraq yaratmasının əsas səbəbi onun kiçik həcminə baxmayaraq, böyük məna ifadə etmək bacarığının olmasıdır. Sonra yazıçı-dramaturq tələbələrə təhkiyənin dramaturji strukturunun qurulması texnikasını izah edib, öz hekayələri haqqında məlumat verib.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirə aparılıb.

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026