HELP proramının təlimçilər üçün təlim sessiyasının iştirakçılarına sertifikatlar təqdim olunub

04/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması layihəsi” çərçivəsində 2021-ci il 16-17 iyun tarixlərində keçirilmiş Avropa Şurası Qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair HELP proramının təlimçilər üçün təlim (ToT) sessiyasını uğurla başa vurmuş müəllim və əməkdaşlarına sertifikatlarının təqdimat mərasimi keçirilib.

Tədbirdə fakültənin dekanı vəzifəsini icra edən Cabir Quliyev çıxış edərək, təlim iştirakçılarının təbrik edib.

İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Əmir Əliyev bu təlimin əhəmiyyətini vurğulayıb, bu mövzunun həm Hüquq fakültəsində, həm də digər fakültə və ixtisaslarda tədrisinin əhəmiyyətini qeyd edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026