“Heydər Əliyev – 90” adlı elmi-praktiki konfrans keçirilmişdir

29/04/2013

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Heydər Əliyev – 90” adlı elmi-praktiki konfrans keçirilmişdir. Plenar iclası giriş sözü ilə açan fakültənin dekanı, professor Zeynal Həsənalıyev elmi-praktik konfransın əhəmiyyətindən və ulu öndərin tarixi xidmətlərindən danışmışdır. Sonra kafedra müdirləri, professorlar – Agalar Abbasbəyli “Ильхам Алиев и современный Азербайджан  - политическое наследие Гейдара Алиева”, Amil Məhərrəmov «Regionların iqtisadi inkişafı və Heydər Əliyev», Hacıağa Rüstəmbəyov «İqtisadi maraqlar: milli və regional aspektlər», Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin elm və magistratura üzrə dekan müavini, dosent Mehriban Həmidova «Milli iqtisadiyyatın səmərəliliyinin artırılmasında xarici ticarət problemləri» mövzusunda məruzə etmişlər.

Konfrans işini bölmə iclaslarında davam etdirmişdir. «Beynəlxalq münasibətlər» bölməsinə professor Ağalar Abbasbəyli, «Diplomatiya və müasir inteqrasiya problemləri» bölməsinə professor Hicran Hüseynova, «İqtisadiyyat» bölməsinə isə professor Amil Məhərrəmov sədrlik etmişdir.

Bölmə iclaslarında  “İqtisadiyyat və idarəetmə” kafedrasının dosenti Vаhid Abbasovun “Sahələrarası əlaqələrdə sistemlilik prinsipi”, həmin kafedranın doktoroant  Hüseyn Hüseynovun “Özünəməşğulluqla əmək bazarına inteqrasiya”, və “Gömrük işi” ixtisası üzrə I kurs qiyabi magistrant Fatma Musayevanın “Azərbaycanın gömrük xidmətinin təkmilləşdirilməsində Heydər Əliyevin rolu” adlı məqalələri maraqla qarşılanmışdır.

Elmi-praktik konfransın məsul katibi Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin elm və magistratura üzrə dekan müavini, dosent Mehriban Həmidova olmuşdur.

Mətbuat və İnformasiya şöbəsi, 29 aprel 2013-cü il.

Xəbərlər

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş
31/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində  uğurla təmsil olunur
30/07/2026

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
30/07/2026