Şəhidlərin portretini çəkən BDU-nun rəssam tələbəsi: “Allahdan başqa nə istəyərəm ki?”

29/12/2020

“Onların ailələrinə az da olsa, təsəlli verə bilirəm”
Vətən savaşı bitəndən sonra müxtəlif soydaşlarımız, xüsusilə də gənclərimiz şəhid və qazilərimizin xatirələrini əbədiləşdirmək naminə fərqli təşəbbüslər irəli sürdülər.  Kimi kitab yazdı, kimi musiqi bəstələdi, kimi də bir başqa formada ehtiramını göstərdi. Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin birinci kurs tələbəsi, gənc və istedadlı rəssam Ziba Həsənova da tarixi zəfərimizə və qələbəni bizə bəxş edən qəhrəmanlarımıza biganə qalmadı. Onun müxtəlif döyüşçülərimizə həsr etdiyi portretlər sosial şəbəkələrdə sürətlə yayıldı, rəğbətlə qarşılandı.
Odur ki, istedadlı və vətənpərvər gəncimizin bu addım barədəki fikirlərini öyrəndik:
“Əslində portretlərin necə meydana çıxdığını özüm də bilmirəm. Bütün bunlar müharibə bitdikdən bir neçə gün sonra, şəhidlərimizə olan sevgi sayəsində baş verdi. İndiyədək Milli qəhrəmanlar Mübariz İbrahimovun, Çingiz Mustafayevin, Əliyar Əliyevin, II Qarabağ müharibəsinin qəhrəmanları Polad Həşimovun, Cəbrayıl Dövlətzadənin, Cavid Mahmudovun, Anar Mürsəliyevin, həmçinin 20 Yanvar şəhidləri İlham və Fərizənin, Larisa Məmmədovanın portretlərini çəkmişəm. Hazırda digər şəhid və qazilərimizin xatirələrini əbədiləşdirməkdəyəm. İctimaiyyətin, o cümlədən BDU rəhbərliyinin təşəbbüsümü dəstəkləməsi məni daha də həvəsləndirdi. Əlbəttə, bu, çox fərəhli və sevindiricidir. Çünki şəhidlərimizin ailələrinə az da olsa, təsəlli verə bilirəm. Allahdan başqa nə istəyərəm ki?”

https://sherg.az/x%C9%99b%C9%99r/148821

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024