“Həmrəyliyimiz gücümüzdür” mövzusunda tədbir keçirilib

30/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Həmrəyliyimiz gücümüzdür” mövzusunda onlayn tədbir keçirilib.
Tədbriri giriş sözü ilə açan Tarix fakültəsinin dekan müavini Bəxtiyar Nəbiyev bu günün mahiyyəti, tarixi, həmrəyliyin formalaşmasında Ümumilli Liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən, danışıb.
Tarix fakültəsinin professoru Nuru Məmmədov bu günün tarixi və bu günün tariximizdə yeri haqqında geniş məruzə ilə çıxış edib. Çıxışda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən, Dünya Azərbaycanlılarının birinci Qurultayının keçirilməsindən, xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən, dövlət və milli maraqların qorunması istiqamətində görülən işlərdən söz açılıb.
Bu günün yalnız müstəqil Azərbaycan Respublikasında yaşayan soydaşlarımızın deyil, eləcə də bütün dünyada yaşayan həmvətənlərimizin ən əziz bayramlarından biri olduğunu qeyd edib, təbrik nitqi səsləndiriblər.

 

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026