Hüquq fakültəsi SABAH qrupları tələbələri Konstitusiya Məhkəməsində təcrübə mübadiləsi keçiblər

11/12/2017

Bakı Dövlət Universiteti Hüquq fakültəsi SABAH qruplarınınIII kurs tələbələri BDU SABAH Mərkəzinin, professor Mayis Əliyevin və dosent Sübhan Əliyevin  təşkilatçılığı ilə Konstitusiya Məhkəməsində təcrübə mübadiləsi keçiblər. Mübadilə proqramı, ilk nöbədə, Konstitusiya Məhkəməsinin binası ilə tanışlıqla başlayıb və məhkəmənin konfrans zalında görüşlə davam edib. Konstitusiya Məhkəməsi tərəfindən görüşdə hakim Ceyhun Qaracayev, Məhkəmə aparatının rəhbəri Rauf Quliyev, Aparat rəhbərinin müavini Səbinə Əliyeva və Aparatın Məhkəmə qərarlarının təşkili sektorunun müdiri Fərrux Seyidov iştirak edərək Azərbaycan Respublikasında konstitusiya nəzarəti sahəsində formalaşmış təcrübə, konstitusiya icraatının mahiyyəti və mərhələləri barəsində çıxış ediblər. BDU tərəfdən tədbirdə professor Mayis Əliyev və dosent Sübhan Əliyev çıxış edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə BDU-nun  əməkdaşlıq istiqamətlərini, əsasən də hüquq fakültəsi əməkdaşlarının ekspert kimi səmərəli fəaliyyətini vurğulayıblar. Sonra tələbələrin sualları Konstitusiya Məhkəməsinin əməkdaşları tərəfindən cavablandırılıb.

Görüşün sonunda tələbələr Konstitusiya Məhkəməsinin ərizəçi Namiq Əhməd oğlu Qədirovun Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti üzrə Plenum iclasında iştirak ediblər. Tələbələr gələcək praktiki dərslərində belə məhkəmə proseslərinin çox əhəmiyyətli olduğunu vurğulayıblar. Onlar belə tədbirlərin davamlı olacağını göstərməklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəhbərliyinə yaratdıqları yüksək şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Mətbuat və informasiya şöbəsi, 11 dekabr 2017-ci il.


Xəbərlər

BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib

BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib
10/07/2025

BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası

BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası
10/07/2025

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
09/07/2025