Hüquq fakültəsi və Qazax Milli Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə elmi-metodiki görüş keçirilib

22/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi və Əl-Fərabi adına Qazax Milli Universitetinin (QMU) Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə onlayn elmi-metodiki görüş keçirilib.

“Dəniz və enerji hüququ QMU və BDU-nun tədris proqramlarında” mövzusunda keçirilən görüş magistratura təhsil səviyyəsində “Dəniz və enerji hüququ” üzrə ikili diplom təhsil proqramının təhlili məqsədilə baş tutub.

Onlayn görüşdə BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Əlizadə Məmmədov, fakültənin müəllimləri  -  Turqay Hüseynov, Samirə Eyvazova, Natiq Əsgərov, QMU-nun Hüquq fakültəsinin Gömrük, maliyyə və ekologiya hüququ kafedrasının müdiri, Ayjan Jatkanbayeva, müəllimlər -  Gülnara Ayqarinova, Araylın Canqabulova, Qalım Teleuov və “Dəniz və enerji hüququ” magistratura ixtisaslamasının I kursunda təhsil alan magistrantlar iştirak ediblər.

Görüşdə ikili diplom təhsil proqramının reallaşdırılmasının mövcud vəziyyəti, magistr dissertasiyası mövzuları, elmi məqalələrin birgə nəşr edilməsi məsələləri müzakirə olunub. Magistrantlar tərəfindən seçilmiş dissertasiya mövzularının aktuallığı, elmi yeniliyi, nəzəri və təcrübi əhəmiyyəti üzrə magistrantların da iştirakı ilə fikir mübadiləsi aparılıb. Magistrantlar və onların elmi rəhbərlərinin planları dinlənilib. Həmçinin dissertasiya işlərinin yerinə yetirilməsi üzrə onların üzləşdiyi çətinliklər müzakirə edilib. Görüşdə seçilmiş dissertasiya mövzularının aktual, nəzəri və təcrübi baxımdan əhəmiyyətli olması yekdilliklə qəbul edilib.

Müzakirələrin yekununda belə tədbirlərin mütəmadi keçirilməsi qərara alınıb.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024