Hüquq fakültəsində Ümummilli Liderin 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib

21/05/2019

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib. “Azərbaycan Respublikasında müasir hüquq elminin inkişaf istiqamətləri” mövzusunda keçirilən konfransı BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq onun əhəmiyyətindən danışıb.

Sonra Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev,Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektor əvəzi, dosent Elçin Xələfov çıxış ediblər. Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin hüquq elmi və təhsilinə göstərdiyi qayğıdan, hazırda Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü uğurlu daxili və xarici siyasətin tərkib hissəsi kimi hüquq sahəsindəki nailiyyətlərdən bəhs ediblər.

Daha sonra “İnsan hüquqları sahəsində milli siyasət və beynəlxalq hüquq”, “Azəbaycan Respublikasında dövlət xidmətlərinin mahiyyəti”,“Demokratiya modellərinin Azərbaycan Respublikasının Konstitusiyasında konvergentiyası”, “Heydər Əliyevin Azərbaycanda hüquqi dövlətin guruculuğunda rolu” və“Azərbaycanda hüquq və azadlıqların müdafiəsi mexanizminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır” mövzularında məruzələr dinlənilib.

Məruzələrdən sonra konfrans işini “Beynəlxalq hüquq” ,“Hüquq nəzəriyyəsi və Konstitusiya hüququ”, “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası”, “Mülki hüquq, mülki proses, kommersiya hüququ, əmək və ekologiya hüququ” bölmələri üzrə davam etdirib.

Qeyd edək ki, konfransa təqdim edilən 100-dək məqalə elmi jurnalda dərc olunub.


Mətbuat və informasiya şöbəsi, 21 may 2019-cu il.

Xəbərlər

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib
30/06/2025

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb
30/06/2025

BDU-nun komandası intellektual oyunun qalibi olub

BDU-nun komandası intellektual oyunun qalibi olub
28/06/2025