Hüquq fakültəsinin 90 illik yubileyi münasibətiləbir qrup professor-müəllim heyətinə Təhsil Nazirliyinin və BDU-nun mükafatları təqdim edilib

14/12/2018

Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin Böyük Akt zalında Hüquq fakültəsinin yaranmasının 90 illiyinə həsr edilmiş “Azərbaycan Respublikasının beynəlxalq cəmiyyətə inteqrasiyası və hüquqi dövlət quruculuğunda hüquq elminin müasir inkişaf tendensiyaları” adlı beynəlxalq konfransın plenar iclasının açılışı olub. Tədbirdə dövlət strukturlarının rəhbərləri, Respublikanın tanınmış hüquqşünas alimləri, hakimlər, vəkillər və ziyalılar, o cümlədən Hüquq fakültəsinin keçmiş məzunları və tələbələr iştirak ediblər.

Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə yüksək ixtisaslı  kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə və fakültənin 90 illik yubileyi münasibətilə Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov və kafedranın dosentləri İpək Abbasova, Bəxşeyiş Əsgərov, “Hüquq klinikası”nın rəhbəri Turqay Hüseynov, Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədov və həmin kafedranın professoru Əfsər Sadıqov, fakültənin elmi işlər üzrə dekan müavini, Cinayət hüququ və kriminologiya kafedrasının professoru Şəhla Səmədova və həmin kafedranın dosenti Rauf Şəmsizadə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif ediliblər. Eyni zamanda, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiri,professor Məsumə Məlikova, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Firudun Səməndərov, Mülki proses və kommersiya hüququ kafedrasının dosenti Mövsum Mövsumov “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”ına layiq görülüblər.

Eyni zamanda Hüquq fakültəsinin 90 illik yubileyi münasibətilə Azərbaycan elminin və təhsilinin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük roluna, hüquq elmi sitqamətində apardığı uğurlu elmi-tədqiqat işlərinin nəticələrinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı xidmətlərinə görə Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov, Əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımov, Mülki hüquq kafedrasının müdiri, professor Məhəbbət Dəmirçiyeva, Cinayət prosesi kafedrasının müdiri, professor Firuzə Abbasova, Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, dosent Elçin Xələfov, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri, dosent Əlizadə Məmmədov, Əmək və ekologiya hüququ kafedrasının  professoru Mayis Əliyev və Cinayət prosesi kafedrasının professoru Midhəd Qəfərov Bakı Dövlət Universitetinin Fəxri Fərmanı ilə təltif ediliblər.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 90 illik yubileyi münasibətilə universitetdə səmərəli fəaliyyətinə və yüksək peşəkarlığına, hüquq elmi istqamətində apardığı uğurlu elmi-tədqiqat işlərinin nəticələrinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı xidmətlərinə  görə Mülki proses və kommersiya hüququ kafedrasının dosenti Afət Mirzəyeva, Mülki hüquq kafedrasının dosenti Azad Talıbov, Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, Tədris işləri üzrə dekan müavini Cabir Quliyev, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə dekan müavini Aytəkin İbrahimova, Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Kəmalə Nəzərova, Beynəlxalq ümumi hüquq kafedrasının dosenti Rahim Məmmədov, Mülki proses və kommersiya hüququ kafedrasının baş müəllimi Fərda Cabbarlı da BDU-nun Fəxri Fərmanlna layiq görülüblər.

Mətbuat və informasiya şöbəsi, 14 dekabr 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024