Hüquq, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin Yekun Dövlət Attestasiyasına buraxılan tələbələri ilə görüş
20/05/2014
Bu gün BDU-nun Böyük Akt zalında rektor, akademik Abel Məhərrəmov Yekun Dövlət Attestasiyasına buraxılan Hüquq, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin tələbələri ilə görüşüb.
Görüşdə rektor Abel Məhərrəmov tələbələrin problemləri ilə maraqlanıb, onların çoxsaylı suallarını cavablandırıb və müəyyən tapşırıqlar verib. Rektor tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara nəzarəti bilavasitə özü edəcəyini xatırladıb.
Eyni zamanda fakültə dekanları və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştirakları üçün dəstək vermək barədə göstərişlərini verib.
Mətbuat və informasiya şöbəsi, 20 may 2014-cü il.
Xəbərlər
Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür
Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür
BDU-da Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
BDU-da Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib