Hüquq və İnsan Haqları İnstitutu BDU tələbələri üçün infosessiya keçirib

14/11/2025

Hüquq və İnsan Haqları İnstitutu Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində tələbələr üçün infosessiya keçirib.

İnfosessiyada İnstitutun tədqiqatçısı Araz Abdullasoy və təlimçi-ekspert Günel Əliyeva qurumun rəqəmsal təşəbbüslərinə dair geniş təqdimatla çıxış ediblər.

Təqdimatda tələbələrə İnstitutun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən müxtəlif təlim və maarifləndirici tədbirlər, kitabxana fondu və virtual kitabxana imkanları haqqında geniş məlumat verilib. Həmçinin, İnstitutun saytı üzərindən fəaliyyət göstərən Rəqəmsal insan hüquqları resurs xəritəsi, e-lüğət, qanunvericiliyə dair təkliflərin göndərilməsi üçün nəzərdə tutulmuş PASS platforması, “İnsan hüquqlarına giriş” onlayn kursu, habelə yeni nəşrlər barədə danışılıb.

Tədbir tələbələrin İnstitut haqqında suallarının cavablandırılması ilə başa çatıb.

 

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026