“Şəhərsalma və memarlıq həftəsi” çərçivəsində növbəti görüş

13/03/2026

“BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə keçirilən “Şəhərsalma və memarlıq həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasovanın “Dayanıqlı şəhərsalma: İqlim dəyişikliyinə davamlı infrastruktur həlləri” adlı seminarı təşkil olunub.

Gülnarə Abbasova çıxışında dayanıqlı şəhərsalma və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinin müasir dövrdə qlobal miqyasda olduğu kimi, Azərbaycan üçün də aktual olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, iqlim dəyişiklikləri nəticəsində temperaturun artması, ekstremal hava hadisələrinin intensivləşməsi və su ehtiyatlarının idarə olunması kimi məsələlər şəhər infrastrukturunun planlaşdırılmasında yeni yanaşmalar tələb edir. Xüsusilə Bakı və digər iri şəhərlərdə urbanizasiya prosesinin sürətlənməsi fonunda ekoloji tarazlığın qorunması, yaşıllıq zonalarının genişləndirilməsi, yağış sularının idarə olunması sistemlərinin təkmilləşdirilməsi və enerji səmərəli tikinti texnologiyalarının tətbiqi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda iqlim müşahidələri, hidrometeoroloji məlumatların təhlili və onların şəhər planlaşdırılmasında istifadəsi istiqamətində görülən işlərdən də danışan Gülnarə Abbasova iqlimə davamlı infrastrukturun formalaşdırılmasının ölkənin dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

Seminar zaman Dayanıqlı İnkişaf Məqsədlərinin şəhərsalma sahəsində rolu, bu istiqamətdə beynəlxalq təcrübə və müasir yanaşmalar barədə də fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026