I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş elmi konfrans

28/12/2016

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş «Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)» mövzusunda Respublikaelmi konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı fil.f.d. Elçin Məmmədov I Türkoloji qurultayın tarixindən və bu konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, konfransa Azərbaycanın 15 elm və təhsil müəssisəsindən ümumilikdə 168 məqalə ilə 182 nəfər qatılıb. Natiq konfransın materiallar toplusunda respublikamızın görkəmli alimlərinin məqalələri ilə yanaşı, bakalavr və magistratura pillələrində təhsil alan gənclərin də məqalələrinin geniş yer almasını müsbət hal kimi qiymətləndirib.

Sonra Türkologiya kafedrasının profesoru Elbrus Əziziov çıxış edərək qurultayda türk dillərinin tarixi və inkişaf mərhələlərindən bəhs edib. Professor Cəlil Nağıyev türkoloji qurultayın pərdəarxası məqamlarından danışıb, mühüm məsələlərə toxunub.

Daha sonra çıxış edənlər: dos. Rəhilə Quliyeva I Türkoloji qurultayda orfoqrafiya məsələlərindən, dos. Məhbubə Qurbanova qurultayın türkologiya tarixindəki rolundan, Pərvin Eyvazov prof. B.Çobanzadənin fəaliyyətindən, Ramil Bayramov terminlologiya məsələrindən danışaraq bu mötəbər və tarixi hadisənin mahiyyətindən, dünya türkologiyasına verdiyi töhfələrdən bəhs etmişlər.

Plenardan sonra konfrans öz işini  “Dilçilik” və “Ədəbiyyatşünaslıq”  bölmələri üzrə davam etdirib.

Mətbuat və İnformasiya şöbəsi, 28 dekabr 2016-cı il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024