“IEEE Xplore beynəlxalq verilənlər bazasının elm və tədris mənbələri: inkişaf üçün yeni imkanlar və axtarışlar” mövzusunda onlayn təlim keçirilib

02/12/2021

Bakı Dövlət Universitetində (BDU) “IEEE Xplore beynəlxalq verilənlər bazasının elm və tədris mənbələri: inkişaf üçün yeni imkanlar və axtarışlar” mövzusunda onlayn təlim keçirilib. BDU-nun və eyni zamanda “Mikro məlumatların idarə edilməsi və paylanması” (“Micro Information Handling and Distribution FZE”) şirkətinin əməkdaşları və tədqiqatçılarının da iştirak etdiyi təlimdə IEEE müasir texnologiyaların inkişaf etdirilməsi üzrə dünyanın ən böyük təşkilatı haqqında iştirakçılara təqdimat göstərilib və suallar cavablandırılıb.

Təlimdə dünyanın ən böyük texniki rəqəmsal kitabxanası olan IEEE Xplore rəqəmsal kitabxanası barəsində məlumatlar, həmçinin platformada yerləşdirilən azərbaycanlı müəlliflərə məxsus məqalələr qeyd olunub. Eyni zamanda, IEEE Xplore rəqəmsal kitabxanasının BDU Elektron kitabxanasının saytında tam mətnli məlumat bazaları bölməsinə əlavə edilməsi təklif edilib. IEEE tərəfindən BDU kollektivi üçün IEEE Xplore rəqəmsal kitabxanasına 1 aylıq ödənişsiz istifadə (free trial) təqdim edilməsinin mümkünlüyü vurğulanıb.

Məlumat üçün bildiririk ki, rəqəmsal kitabxanaya abunə olunduğu təqdirdə istifadəçilər kitabxananın bütün funksiyalarından istifadə edə biləcək və 5 milyondan çox tam mətnli sənəd, 195 IEEE jurnalı, dövri nəşrlər və toplular, 1800-dən çox IEEE konfrans materialları, 4600-dən çox təsdiqlənmiş və nəşr olunmuş IEEE standartlı sənədlərə çıxışları olacaq.

Qeyd edək ki, IEEE müasir texnologiyaların inkişaf etdirilməsi üzrə dünyanın ən böyük təşkilatlarından biridir. Yüksək istinad göstəricilərinə malik nəşrlərin dərc olunması (200-ə qədər jurnal, kitablar və s.), konfransların təşkili (hal-hazıra qədər texnologiyanın inkişafına həsr olunmuş 1800-dən çox konfrans planlaşdırırlır), texnologiya standartlarının hazırlanması, peşə və təhsil fəaliyyətləri ilə məşğul olan nüfuzlu bir təşkilatdır. Təşkilatın dünyanın 160 ölkəsindən 500.000-dən çox üzvü var. Üzvlərin sırasına texnoloji, cihazqayırma, aerokosmos, kompüter texnologiyaları, telekommunikasiya və s. üzrə şirkətlər də daxildir.

Xəbərlər

BDU-nun magistr məzunları öz təəssüatlarını bölüşür: “Təhsil aldığımız müddətdə təhsilin əhəmiyyətini daha yaxşı dərk etdik”

BDU-nun magistr məzunları öz təəssüatlarını bölüşür: “Təhsil aldığımız müddətdə təhsilin əhəmiyyətini daha yaxşı dərk etdik”
10/08/2022

2022/2023-cü tədris ili üçün BDU-ya əcnəbi vətəndaşların qəbulu davam edir

2022/2023-cü tədris ili üçün BDU-ya əcnəbi vətəndaşların qəbulu davam edir
10/08/2022

Bakı Dövlət Universitetinin magistraturasının boş qalan yerlərinə qəbul aparılır

Bakı Dövlət Universitetinin magistraturasının boş qalan yerlərinə qəbul aparılır
10/08/2022