ŞILTAQLIQ yoxsa, HİPERAKTİVLİK?

23/11/2015

Hiperaktivlik nədir? Hiperaktiv uşaqlar digər uşaqlardan hansı xüsusiyyətlərinə görə fərqlənirlər? Valideynlər hiperaktiv uşaqlarla hansı formada davranmalıdırlar? Belə uşaqları niyə məhz hiperaktiv adlandırırq?, -kimi suallara psixoloqlar müxtəlif yanaşmalar ediblər. Uşaq şıltaqlığı, yoxsa hiperaktivlik? Bunu necə ayırd etmək olar? Valideynlər bu zaman kimə müraciət etməli və necə tədbir görməlidirlər? Övladı hiperaktiv olan əksər valideyn hiperaktivlikmi, yoxsa şıltaqlıqmı səhv salırlar. Bəzi ana və atalar hiperaktivlik nədir bilmir, belə halı yalnız şıltaqlıqla əlaqələndirərək böyüyəndə düzələcəyini fikirləşirlər. Və ya hər hansısa mütəxəssisə yox, azca da olsa məlumatı olan insana müraciət etməklə kifayətlənirlər. Belə olduğu halda nəinki böyüdükcə sağalacaq, əksinə daha da intensivləşəcəyi gözlənilə bilər. Hiperaktivlik diqqət yayınıqlığı ilə müşayiət edilən normadan çox hərəkətlilikdir.Adından da göründüyü kimi, aktivin hiperi, yəni ikiqat aktivlik deməkdir. Hiperaktivlik həm də diqqət çatışmamazlığıdır. Diqqətin defisitinə hiperaktivlik sindromunu ilk dəfə 1845-ci ildə doktor Heinrich Hoffman təsvir etmişdir.O, bunu 3 yaşlı oğlu üçün oxumağa kitab tapmayanda yazmağa başlamışdı. Hiperaktivliyin yaranmasında iki əsas amil - sosial və bioloji amil rol oynayır. Bioloji amil genetik, irsiyyətin rolunu, sosial amil isə hər hansı bir travmadan sonradan qazanılma , yəni sosial mühitin rolunu geniş şəkildə izah edir. Uşaqlarda Diqqət defisiti və hiperaktivlik (DDH)-in yaranma səbəbləri hamiləlik dövründə hər hansı bir travmanın yaşanması, doğuş zamanı olan çətinliklər, genetik faktorlar və s. hesab olunur.Qohumluq məsələlərinə dair araşdırmalar göstərir ki, genlər ADHS üzərində güclü təsirə malikdir. Bir hiperaktivin mövcud olduğu ailələrdə bacı-qardaşlarda bu, digər ailələrlə müqayisədə 5-7 % daha çox rast gəlinir. Valideynlərdən birinin bundan əziyyət çəkməsi halında isə uşağın da gərgin, narahat və konsentrasiyasız olma ehtimalı 50% dir. Genetik baxımdan identik əkizlərdə irsilik bu baxımdan 80%-ə yaxındır. Genetik faktorlarla yanaşı ilk növbədə beyindəki proseslər də elmi baxımdan diqqət mərkəzindədir. Beyni fəaliyyətdə müşahidə edən yeni texnologiyalar göstərir ki, beynin diqqətə cavabdeh olan bölgələri hiperaktiv uşaqlarda normalda olduğundan əhəmiyyətli dərəcədə daha kiçikdir. Hiperaktiv uşaqlar nadinc, diqqətsiz olur, başladıqları işi sona çatdırmırlar, səbrsiz və hövsələsiz olurlar. Belə olduğu halda valideynlərin üzərinə böyük bir məsuliyyət düşür,-desəm heç də yanılmaram. Valideynlərinin sözlərinə qulaq asmır, yatmaqla bağlı müəyyən problemlər yaşayırlar, heç bir işi asanlıqla icra etmirlər. Sadaladıqlarım bütün xüsusiyyətlərin canlı şahidi olmaq üçün psixoloji mərkəzlərdən birinə yollanmağı qərar verdim və orada müxtəlif sindromlu uşaqlarla qarşılaşdım. Onlardan biri də ikinci sinfə getməyə hazırlaşan Püstə adlı qız idi. O, hiperaktiv-nitq qüsurlu (kəkələmə) uşaqlar siyahısına daxil idi. Onunla ünsiyyətim maraqlı keçdi deyə bilərəm. Valideyninin sözlərinə görə, Püstə daim hərəkətli olması, qaçması, nadicliyi ilə həm ailə üzvlərini, həm də məktəbdəkiləri çox yorur. Qeyd etmək istərdim ki, hiperaktiv uşaqlar bir çox müsbət xüsusiyyətlərə malikdir. Belə ki, onlar açıq və ünsiyyətə meylli olur, çox asanlıqla hər hansısa bir şeydən ilhamlana bilir və əsasən yardımsevərlik nümayiş etdirirlər. Bu baxımdan onlar çox vaxt özünü aydın biruzə verən güclü ədalət hissinə malik olurlar. Bununla üzləşən uşaqlar çox vaxt konsentrasiya ola bilməməkdən , dostlar qazana bilməməkdən və məktəbdə dərsləri ilə ciddi məşğul ola bilməməkdən əziyyət çəkirlər. Hiperaktivliyi təyin etmək üçün xüsusi testlər yoxdur. Belə uşaqlar daim hərəkətdə olmaqla ,yersiz hərəkətlər etməklə, oyanıqlıq nümayiş etdirməklərinə baxmayaq unutqan, əsəbi, həssas, diqqətsiz olurlar.Onların daim diqqətə ehtiyacları vardır, həmişə diqqət mərkəzində olmaq istəyirlər. Xəstəlik vaxtında müalicə edilməzsə, onlarda gələcəkdə nevroz, özünəinamsızlıq, yaddaş problemlərinin də yaranma ehtimalı artar.Gəlin, uşaqların sağlamlığı üçün əlimizdən gələni əsirgəməyək. Onlar bizim gələcəyimizdir. Gələcəyimizi məhz biz öz əldə etdiyimiz nəticələrlə dəyişə bilərik. Uşaqlar xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı, gələcəyimiz və ilahi əmanətdir...

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024