Çin Milli Kosmik Administrasiyasının Uzaq kosmik tədqiqatlar laboratoriyasının nümayəndələri BDU-da

06/10/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çin Milli Kosmik Administrasiyasının Uzaq kosmos tədqiqatları laboratoriyasının Beynəlxalq əməkdaşlıq və mübadilə Mərkəzinin direktoru Vanq Jonqminin (Wang Zhongmin) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rektor Elçin Babayev qonaqlara BDU-nun tarixi, strukturu, beynəlxalq əlaqələri, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Azərbaycanın ən qədim və böyük universitetidir. Ölkədə astrofizika sahəsində yeganə kafedra məhz BDU-da fəaliyyət göstərir. Həmçinin

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Astrokosmik və atmosfer tədqiqatları elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.

Çin Milli Kosmik Administrasiyasının Uzaq kosmos tədqiqatları laboratoriyasının Beynəlxalq əməkdaşlıq və mübadilə Mərkəzinin direktoru Vanq Jonqmin kosmik tədqiqatlar sahəsində Azərbaycan-Çin əlaqələrinin perspektivlərindən, Çində bu sahədə yerinə yetirilən tədqiqatlardan danışıb, rəhbərlik etdiyi qurumun BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026