Çin Xalq Respublikasının Pekin Kimya Texnologiyaları Universitetinin nümayəndə heyəti BDU-da

30/10/2025

Çin Xalq Respublikasının Pekin Kimya Texnologiyaları Universitetinin dekan müavini Yu Yuenin rəhbərlik etdiyi əməkdaş və doktorantlardan ibarət nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Qonaqlar BDU-nun rektoru Elçin Babayevlə görüşüblər. Rektor Elçin Babayev Azərbaycan və Çin arasında yüksək səviyyəli siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin olduğunu qeyd edib. Bildirib ki, BDU Çinin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Rektor bu əlaqələri daha da inkişaf etdirmək üçün Pekin Kimya Texnologiyaları Universiteti ilə müxtəlif istiqamətlərdə birgə ortaq layihələr həyata keçirməyin əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ali təhsil müəssisəsi arasında elmi və akademik əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində qonaqlar BDU-da fəaliyyət göstərən “Eko məkan”, “Tələbə məkanı”, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, Konfutsi İnstitutu ilə tanış olublar. Həmçinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyası, Materialşünaslıq laboratoriyası və digər tədqiqat laboratoriyalarında görülən işlər barədə məlumat alıb, Kimya fakültəsində aparılan elmi-tədqiqat işləri və nüvə maqnit rezonansı cihazı ilə tanış olublar.

Tələbə İnkişaf Mərkəzində BDU-nun Kimya fakültəsinin professor-müəllim heyəti, doktorantları və Pekin Kimya Texnologiyaları Universitetinin əməkdaşları arasında görüş keçirilib. Tədbirdə hər iki universitetin fəaliyyəti və tarixi haqqında videoçarxlar nümayiş etdirilib. Çinli doktorantlar öz elmi-tədqiqat işləri barədə məlumat verib, tərəflər arasında fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir
01/07/2026

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub
01/07/2026

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib
01/07/2026