Çingiz Həsənovun 90 illik yubileyi keçirilib

21/02/2012

Bu gün Bakı Dövlət Universitetində görkəmli ziyalı, Prezident təqaüdçüsü, Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Şurasının sədr müavini Çingiz  Həsənovun 90 illik yubiley mərasimi keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov Çingiz Həsənovun mənalı ömür yaşadığını, xalqımızın adını hər zaman uca tutub, ona şərəf və şöhrət gətirdiyini bildirib. Rektor deyib ki, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Moskva, Kurs və Belqorod şəhərlərinin, Belorusiya və Ukraynanın faşist işğalçılarından azad edilməsi uğrunda aparılan döyüşlərdə böyük əzmkarlıq nümayiş etdirən Çingiz müəllim ordu sıralarından tərxis edildikdən sonra müxtəlif vəzifələrdə işləsə də, Bakı Dövlət Universitetinə olan sevgi və sayğı onu 1948-ci ildə universitetin hüquq fakültəsinə gətirib. Çingiz müəllim bu ali təhsil ocağının aspirantı, müəllimi, həmkarlar komitəsinin sədri kimi onun adını və şərəfini daim uca tutub, eyni zamanda, respublikanın ictimai-siyasi həyatında və bir sıra sahələrdə məsul vəzifələrdə çalışıb, Azərbaycan Kooperativlər İttifaqının idarə heyəti sədrinin birinci müavini və idarə heyətinin sədri vəzifəsini icra edib. A.Məhərrəmov Çingiz Həsənovun Çingiz Həsənovun universitetin iqtisadiyyat və idarəetmə kafedrasındakı fəaliyyətini yüksək qiymətləndirən rektor onun hər zaman dövlət və dövlətçiliyin təəssübkeşi olduğunu bildirib. Çingiz müəllimin təhsil naziri Misir Mərdanov tərəfindən «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» fəxri adına layiq görüldüyünü bildirən A.Məhərrəmov, eyni zamanda BDU-nun fəxri fərmanını və təbrik ünvanını  da yubilyara təqdim edib. Sonra BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, professor Zeynal Həsənalıyev, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, AMEA-nın vitse-prezidenti Arif Həşimov, deputat Ziyad Səmədzadə, Pedaqoji Universitetin rektor Yusif Məmmədov, akademiklər - İsmayıl İbrahimov,  Teymur Bünyadov, professor Abuzər Xələfov və başaqları çıxış edərək yubilyarla bağlı xoş xatirələrini bölüşüblər.

 

Mətbuat və informasiya şöbəsi, 21 fevral 2012-ci il


 

Xəbərlər

BDU-da biologiyada süni intellektin tətbiqinə dair elmi seminar keçirilib

BDU-da biologiyada süni intellektin tətbiqinə dair elmi seminar keçirilib
25/12/2025

BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
25/12/2025

BDU-da professor Abuzər Xələfovun elmi irsinə həsr olunmuş seminar

BDU-da professor Abuzər Xələfovun elmi irsinə həsr olunmuş seminar
25/12/2025