BDU-nun SABAH qruplarının tələbələri “Şuşa ili”nə həsr olunan İT üzrə bilik yarışmasında iştirak edirlər

05/10/2022

Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində “Şuşa ili”nə həsr olunan İT üzrə bilik yarışması keçirilir.  
İT üzrə bilik yarışmasının təşkil edilməsində məqsəd bu sahəyə marağın artırılması, tələbələrin sağlam rəqabət şəraitində elmi araşdırma fəaliyyətinə təşviq edilməsi, istedadlı gənclərin elmi-yaradıcılıq potensialının üzə çıxarılmasıdır.  
İki mərhələdən ibarət olan bilik yarışmasında Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Texniki Universiteti (AzTU) və Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Kompüter elmləri, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Elektronika telekommunikasiya və radiotexnika və digər ixtisaslarında təhsil alan SABAH qrupları tələbələri iştirak edirlər.
İT üzrə yarışmanın final mərhələsi oktyabrın 9-da Bakı Mühəndislik Universitetində keçiriləcək.
Qeyd edək ki, İT üzrə bilik yarışmasında komandalara 5 saat ərzində 8-9 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı veriləcək. Nəticələrin qiymətləndirməsi avtomatik kod qiymətləndirmə sistemi ilə aparılacaq.

 

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026