Jurnalistika fakültəsi Həmkarlar İttifaqı Komitəsinin sədri Azərpaşa Hüseynli “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” nominasiyası üzrə diplomla təltif edilib

24/11/2015

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr edilən tədbir keçirilib. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Səttar Mehbalıyev çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, bu sahədə həyata keçirilən islahatlardan söz açıb.

Səttar Mehbalıyev “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış-müsabiqəsi ilə bağlı məlumat verib. O bildirib ki, müsabiqənin məqsədi həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini gücləndirmək, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını daha yaxşı müdafiə etmək, təşkilatların nüfuzunu artırmaq, tələbə və şagirdləri ittifaqa cəlb etmək, daha yaxşı fəaliyyət göstərən həmkarlar ittifaqı fəallarının əməyini stimullaşdırmaq və sağlam rəqabət mühiti yaratmaqdır.

Qeyd edək ki, Azərpaşa Hüseynli 2014-cü ilin oktyabr ayından ictimaiyyətlə əlaqələr üzrə koordinatoru, eyni ilin noyabr ayından etibarən isə Jurnalistika fakültəsi üzrə FTHT sədridir. Universitet üzrə keçirilən "İlin ən yaxşı tələbəsi" musabiqəsinin qalibi olan Azərpaşa Hüseynli 2015-ci il aprel ayında TEMPUS SSDS layihəsi çərçivesinde Kutaisi konfransında BDU-nu təmsil edib.

Mətbuat və informasiya şöbəsi, 24 noyabr 2015-ci il.


Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024