Jurnalistika fakültəsi üzrə THİK üzvləri BDU-nun tarixi muzeyini ziyarət ediblər

29/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) üzvləri BDU-nun tarixi muzeyinin yenidənqurmadan sonra ilk ziyarətçiləri olublar.

BDU-nun tarixi muzeyinin müdiri Günel Orucəliyeva Muzeyin 1920-ci ildə fəaliyyətə başladığını, 2010-cu ildə tam yenilərək Universitetin inkişaf yolunu əks etdirən mərkəzə çevrildiyini deyib. Bildirib ki, Azərbaycan Xalq Cumhuriyyəti, sovet hakimiyyəti və müstəqillik illərinə dair məlumat və eksponatlar, tədris prosesində istifadə olunan avadanlıq və cihazları təqdim etməklə üç ekspozisiyaya bölünən Muzeydə Universitet və fakültələrin tarixi əks olunub.

Tələbələr muzeydə BDU-nun zəngin tarixini və uğurlarını əks etdirən eksponatlarla tanış olublar. Azərbaycan xalqının Ümummilli Lideri, BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verilmiş Universitetin Fəxri doktoru diplomları, Universitetin Fəxri doktoru adına layiq görülmüş digər müxtəlif ictimai-siyasi, elm xadimlərinin fotoşəkilləri, onlara verilən diplom nümunələri tələbələrdə xüsusi maraq doğurub. Ən çox diqqət çəkən eksponatlardan biri də BDU-nun tədris korpuslarının 1960-cı illərdə hazırlanmış layihəsidir. Qeyd olunub ki, məhz bu layihə əsasında 1965-ci ildə Universitetin Yasamal rayonu ərazisində ilk tədris korpusu tikilib.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026